Məhsul bolluğu yaratmaq üçün ilk növbədə suvarma su çatışmazlığını həll etmək lazımdır

Son vaxtlar Gürcüstan hökuməti kənd təsərrüfatı sahəsinə maliyyə yardımı göstərir və bu sahədə biznesi inkişaf etdirir. GAXA-nın məlumatına görə, buna baxmayaraq bu sahədə nöqsanlar mövcuddur. Yazın başlanması ilə bağlı azərbaycanlıların kompakt yaşadığı bölgələrdə suvarma su çatışmazlığı ən problemli məsələdir. Kəndlərdə yaşayan əhali indidən – yazın başlanğıcından suvarma suyun çatşmazlığından şikayət edirlər.

Sakinlərin məlumatına görə, hazırda çayların, o cümlədən becərilən kənd təsərrüfatı məhsulları sahələrinə, o cümlədən taxıl sahələrinə suvarma su çatdırmaq problemi məhsul becərmək üçün şərait yarmağa çalşan sakinlərin əsas problemlərindən biridir.

Problemlərdən biri də çaylardan məhsul sahələrini vaxtında suvarma suyun tənzimlənməsi üçün şlyüzlərin tikintisidir. Arxlardan istifadə edərrək su axımı ilə sulama üsulu bir az problemli məsələdir, çünki bu üsul ilə suvarma zamanı su itkisi yarana bilər. Şlyüz olarsa, suvarma su itkisi olmaz. Demək olar ki, bu məsələ də kənd təsərrüfatı sahəsində çalışan insanları düşündürür.

Sakinlər düşünürlər ki, əsası qoyulan məhsul vaxtında və keyfiyyətlə becərilərsə, bolluq həm daxili tələbatı ödəməyə, həm də ixraca imkan verəcək.

Torpağa maya qoyan hər bir sakin əməyinin zaya getməsini istəmir, torpağın yüksək  məhsuldarlığını artırmaq istəyir. Düşünürük ki, əlaqədar təşkilatlar, suvarma su ilə məşğul olan mütəzəssislər ölçüb-biçərək ölkəmizdə məhsul bolluğu yaratmaq üçün suvarma su probleminin həllinə çalışacaqlar.

GAXA.ge