Qardabanidə partlayış nəticəsində 15 yaşlı məktəbli ölüb

Gürcüstanın şərqində Kvemo Kartli bölgəsində partlayış baş verib. GAXA-ya verilən məlumata görə, iki qardaş məktəbdən qayıdarkən tarladan keçiblər və bu zaman partlayış baş verib. Partlayış nəticəsində 15 yaşlı məktəbli dünyasını dəyişib, yaralanan 11 yaşlı digər məktəbli isə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində sağ qalıb, lakin onun vəziyyəti ağırdır.

Hadisə yerində səfərbər olunan polis, məhkəmə ekspertləri işləyir. Faktla bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 229-cu maddəsi ilə istintaqa başlayıb, araşdırma başlayıb.

GAXA.ge