Baş nazir Melianı həbs etmək üçün xüsusi əməliyyatdan razı qalıb

Baş nazir məhkəməyə tam itaətsizlik elan edən Melianın həbs edilməsinin dövlət üçün şərəf məsələsi olduğunu vurğulayıb. GAXA-nın məlumatına görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müxalifət lideri Nika Melianı tutma əməliyyatını uğurla həyata keçirdiyinə görə təşəkkür edib.

Gürcüstanda ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın lideri Nika Melia çərşənbə axşamı səhər keçirilən xüsusi əməliyyat zamanı nəzarətə alınıb. Polisin hərəkətlərinə mane olmağa çalışan yüzlərlə müxalifət tərəfdarı bir yerə toplanıb.

Gürcüstan hökumətinin başçısı Melianı kriminal adlandırıb.

Melia 20 iyun 2019-cu il tarixində iğtişaşların təşkili işində iştirak edir. O, yenidən təyin olunmuş cəriməni ödəməkdən imtina edib. Prokurorluq onun istintaqa qədər həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə 17 fevralda prokurorun tələbini təmin edib.

GAXA.ge