Salome Zurabişvili İrakli Qaribaşvilinin Baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

Gürcüstan Prezidenti Salome Zurabişvili İrakli Qaribaşvilinin Baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənəd prezident saytında dərc olunub. GAXA-nın məlumatına görə, İ. Qaribaşvili hökuməti dünən parlamentdə təsdiqlənib və təsdiq üçün 89 parlament deputatı lehinə, 2 deputat isə əleyhinə səs verib. Beləliklə, parlament Nazirlər Kabinetinin üzvlərinə etimad göstərib.

Gürcüstan Prezidenti Salome Zurabişvili imzaladığı sənəddə deyilir: "Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin". 

Xatırladaq ki, Qaribaşvili 2012-ci ildən bəri ölkəni idarə edən “Gürcü Arzusu” partiyasının qurulması zamanı oliqarx Bidzina İvanişvilinin sağ əli olub. Əvvəlcə Qaribaşvili Daxili İşlər Nazirliyinə rəhbərlik edib. Daha sonra 2013-cü ildə İvanişvili özü Baş nazir təyin edilib və 2015-ci ilin sonuna qədər bu vəzifədə olub. Qaribaşvili 31 yaşında Gürcüstan tarixində ən gənc baş nazir təyin edilib.

GAXA.ge