Tea Axvlediani: "2021-2026-cı il üçün Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Strategiyasının 5 Prioritet Sahəsi müəyyən edilib"

Gürcüstan hökuməti, vətəndaş bərabərliyi və inteqrasiya siyasətinin effektivliyinin artırılmasının davam etdirilməsini ölkəmizin çoxmillətli və çoxmədəniyyətli cəmiyyətinin möhkəmləndirilməsi üçün əsas prioritet hesab edir. GAXA-nın məlumatına görə, bu barədə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri vəzifəsinə namizəd Tea Axvlediani dünən parlamentdə çıxışı zamanı bildirib.

“Bu baxımdan hökumətin hədəfləri hər bir üzvü bərabər olan, ləyaqətlə yaşayan və demokratik idarəetmənin imtiyazlarından istifadə edən, bərabər hüquqlara, fürsətlərə və şərtlərə sahib olan vahid, sabit, hüquqi və çoxmədəniyyətli cəmiyyətin, ictimai həyatın bütün sahələrinin möhkəmləndirilməsinə yönəldilib. Buna görə, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş ölkənin gücü və dəyəri mənbəyi hesab olunur. Etnik azlıqlara qarşı dövlət siyasəti üç ölçüdə: ölkənin strateji inkişafı, davamlı inkişaf hədəfləri və Gürcüstanın Avropa seçimi kontekstində nəzərdən keçirilir. Hökumətin əsas mexanizmi vətəndaş bərabərliyi və inteqrasiyasına dair müvafiq dövlət strategiyası və fəaliyyət planıdır”,-deyə T. Axvlediani bildirib.

“Ölkəmizdə tətbiq etdiyimiz vasitələr beynəlxalq qiymətləndirmələrdə ən yaxşı və unikal təcrübə kimi dəfələrlə müzakirə edilib. Bununla birlikdə, əldə olunan nəzərəçarpacaq irəliləyişlərlə yanaşı, həm əhali ilə sıx ünsiyyətdə, həm də müstəqil yerli və ya beynəlxalq ekspertlərin və Etnik Azlıqlar Şurasının qiymətləndirmələrində ortaya çıxan bir çox problem mövcuddur. Həm dövlət dili biliklərinə, həm də məlumatlara, keyfiyyətli təhsilə və s. problemlərin öhdəsindən gəlməyə, həmçinin etnik azlıqlardan olan qadınlara və gənclərə güc verilməsinə və bu məqsədlə mexanizmlərin tətbiqinə, habelə dezinformasiyanın sivil inteqrasiya prosesinə təsirinin azaldılmasına və aradan qaldırılmasına xüsusi diqqət yetiriləcək”,- deyə T. Axvlediani qeyd edib.

“Uzunmüddətli, dönməz müsbət dəyişiklikləri təmin etmək və müvafiq siyasəti həyata keçirmək üçün hökumət tərəfindən 2021-2026-cı illər üçün Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyasının 5 prioritet istiqaməti müəyyən edilib:

1. İnteqrasiyanı dəstəkləyən dövlət dili

2. Keyfiyyətli təhsilə giriş

3. Bərabərlik, vətəndaş və siyasi iştirak

4. Sosial və iqtisadi inteqrasiya

5. Mədəniyyətlərarası dialoq

Vətəndaş inteqrasiyası dinamik və çoxölçülü bir prosesdir və həm etnik, həm də azlıq olan cəmiyyətin hər bir üzvünün tam iştirakı, düzgün motivasiyası və səyini, eyni zamanda vəzifələrin bölüşdürülməsini tələb edir. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün hökumətin səyləri ilə yanaşı cəmiyyətin də dəstəyi lazımdır. Belə bir ölçüdə qarşıya qoyulmuş strateji hədəflərin həyata keçirilməsinin effektivliyini görürük”,-deyə T. Axvlediyani vurğulayıb.

GAXA.ge