Gürcüstan azərbaycanlıları Xocalı Soyqırımını tanımağa çağırış elan ediblər

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən Xocalı Soyqırımını tanımağa çağırış elan edilib. GAXA-nın məlumatına görə, çağırışda bildirilib:Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi, Xocalı soyqırımının Gürcüstan parlamentində müzakirəyə çıxarılmasına çağırış edirik”.

QHT-lər ölkə parlamentində deputatlar tərəfindən çağırışın müzakirə ediləcəyinə və ədalət naminə sülh qərarı qəbul ediləcəyinə inandıqlarını bildiriblər.

Bu gün QHT-lər tərəfindən qəbul edilən, illər uzunu Azərbaycan xalqına dəhşət gətirən və tariximizin qan yaddaşşına qanla yazılan Xocalı soyqırımının tanınması çağırışına qoşulan azərbaycanlılar əmin olduqlarını bildiriblər ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz yanaşılmayacaq və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atılacaq.

GAXA.ge saytı olaraq biz də Xocalı soyqırımının tanınması çağırışına qoşulur və QHT-lərin çağırışını hörmətli oxucularımızın diqqətinə çatdırırıq:  

Biz, Gürcüstanda yaşayan azərbaycanlılar milli vətənimiz - Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq olan Xocalı soyqırımı ilə bağlı Sizə çağırış edirik.

XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki, düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7 min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilmişdir;

- 56 insan xüsusi ilə ağır işgəncələrlə öldürülmüşdür;

- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 230 ailə öz başçısını itirmişdir;

- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

- 1275 insan əsir götürülmüşdür;

- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisliklərə son qoyulmalıdır.

Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanmış və tanınmışdır. Bu vaxtadək Çex Respublikası, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul etmişdir.

Bununla da  vətənimiz Gürcüstanın aidiyyatı qurumlarına müraciətimizin nəzərə alınmasına böyük ümid bəsləyirik. Azərbaycan əsilli vətəndaşlar ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında, istənilən seçkilərdə fəal iştirak edir, siyasi baxışlarına görə öz namizədlərini seçir və dəstəkləyir. Vətənimiz Gürcüstanın inkişafına bütün qüvvəmizlə xidmət edirik.

Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi, Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Parlamentdə bu müzakirə, ədalət naminə sülh qərarı olacaqdır.

Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız.

İnanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını alacaqdır.

Biz, artıq “Terrora yox” şüarı ilə deyil, “Dünyada sülh və barış” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik.

Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə yürüş etsin.

 

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi

Gürcüstan Azərbaycanlı Aktiv Qadınlar Asossiyasiyası

Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Asossiyasiyası

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan Nümayəndəliyi

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi

Milli Azlıqlar üzrə Monitorinq Qrupu

Qeyrət Xalq Hərəkatı

Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyi

“Varlıq” Mədəniyyət Mərkəzi

“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti

Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası

Borçalı-İrəli İctimai Birliyi

İnkişaf və Təhsil Mərkəzi

Bolnisi Mədəniyyət Mərkəzi

Ozan İctimai birliyi

Union Gənclər Təşkilatı

Böyük Birlik Təşkilatı

Qarayazı Dirçəliş İttifaqıSadaxlı Dirçəliş İttifaqı

Əhli-Beyt Cəmiyyəti

Kvemo-Kartli Vətəndaş Cəmiyyətinin İnkişafı İnsitutu

Azərbaycanlıların Mədəniyyət Mərkəzi

Gürcüstan Lider Media Təşkilatı

Loğman Təşkilatı

Mirzə Fətəli Axunzadə adına Tbilisi Mədəniyyət Muzeyi

ERA Teatrı

Azərbaycanın Yazıçılar Birliyinin Gürcüstan Nümayəndəliyi

Borçalı Biznesmenlər Birliyi

Rustavi Azərbaycanlılarının İctimai Təşkilatı

Yaradıcı Gənclər Akademiyası

Gürcüstan Həmrəylik Hərəkatı

“Darvaz” Mədəni-Xeyriyyə Cəmiyyəti

Gürcüstan Azərbaycanlı Gənclər Forumu

“Sarvan” Folklor Ansambılı

“Dostluq Yolu” İctimai Təşkilatı

İnteqrasiya Elmi Mədəni Araşdırmalar Mərkəzi

Elmi Araşdırmalar Asossiyasiyası

“İmam Əli” Xeyriyyə Fondu

“Əmin” Xeyriyyə Fondu

UNESCO Ümumdünya Rəssəmlar İttifaqınn və Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov

Şeyx Ramin İgidov

Professor Mahmud Hacıxəlilov (Kamaloğlu)

Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev

Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov

Gürcüstan Parlamentinin keçmiş deputatı Ruslan Hacıyev

Gürcüstan Parlamentinin keçmiş deputatı Əli Məmmədov

İmam Əli Məscidinin axundu Hacı Hacıyev

İmam Hüseyn Məscidinin axundu Əziz Nəbiyev

Gürcüstan İslam Araşdırmaları Mərkəzi

Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi

Əhli-Beyt Aşiqləri Forumu

Marneuli Gənclər Mərkəzi

“Təmiz Xəbər” Media Təşkilatı

Azərbaycan Mədəniyyətinin İnkişaf Mərkəzi

Yenidən Qurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz”


Qeyd edək ki, çağırış rəsmi şəkildə Gürcüstan Prezidentinə, Baş nazirə, parlament sədrinə, Xarici İşlər Nazirinə, Gürcüstan Ombudsmanına, ATƏT, BMT və Avropa təşkilatlarına, həmçinin ölkədəki dünya ölkələrinin akkreditə olunan diplomatik korpus rəhbərlərinə gürcü, ingilis və Azərbaycan dilində göndərilib.


GAXA.ge