Yerevanda baş verən zəlzələnin episentri 12 km məsafədə olub

Yerevanda baş verən zəlzələnin episentri 12 km məsafədə olub. Bu gün Yerevanda baş verən zəlzələ 4,7 bal gücündə olub. GAXA-nın məlumatına görə, bu barədə Armenpress məlumat yayıb. Ermənistanın Seysmoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri İrəvandan 12 km məsafədə yerləşib.

Xəsarət alanlar barədə məlumat verilməyib. Bir neçə bina yüngül zədələnib.

Zəlzələ Ermənistanın digər şəhərlərində də hiss olunub.

Qeyd edək ki, zəlzələ Gürcüstanın Marneuli və digər şəhərlərində də hiss olunub.

GAXA.ge