Şahdəniz yatağından Gürcüstana "pulsuz qaz" tədarükü artır

“Şahdəniz qaz yatağından sözdə “pulsuz qaz”ın həcminin artması Gürcüstan və xalqımız üçün əsas fayda verəcək. Təchizat həcmi ildən-ilə böyüyür və enerji müstəqilliyimizi gücləndirir”. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Gürcüstanın Cənub Qaz Dəhlizi layihəsindəki iştirakını şərh edərkən bildirib.

Natia Turnava dünən bu il onlayn keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər iclasında iştirak edib. Tədbiri Azərbaycan Prezidenti İlham Əliyev açıb. Gürcüstanın iqtisadiyyat naziri "Cənub Qaz Dəhlizi: Nailiyyətlər, TAP Layihəsinin Tamamlanması və Azərbaycandan Avropaya qaz tədarükünün başlanması" adlı plenar iclasda çıxış edib. Onun sözlərinə görə, bu il nazirlər görüşü ən uğurlu görüşlərdən biridir, çünki planlaşdırılan hər şey həyata keçirilib.

Nazir Xəzər qazının hazırda Gürcüstan ərazisindən Avropaya tədarük olunmasını tarixi enerji hadisəsi adlandırıb. Cənub qaz dəhlizi genişlənəcək və Balkan bölgəsinə də xidmət edəcək. Təchizat artımından sonra TAP-ın ümumi tutumu 20 milyard kubmetr, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə 31 milyard kubmetr olacaq. Ümumilikdə, Cənubi Qafqaz qaz kəmərinin genişləndirildikdən sonra tutumu 30 milyard kubmetrə çatacaq.

Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarətdir - Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBKG), Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP).

Cənub Qaz Dəhlizinin ən vacib komponentlərindən biri olan Trans-Anadolu Boru Kəməri (TANAP) keçən il Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılıb.

GAXA.ge