“Salam Platforması” Qardabani məktəblərində təhsil alan şagirdlərin tələblərini işıqlandırıb

“Salam Platforması” Qardabani məktəblərində təhsil alan şagirdlərin tələblərini işıqlandırıb. GAXA-nın məlumatına görə, Kalinino məktəbi Qardabani Bələdiyyəsinin mərkəzi yolunun kənarında yerləşir və azərbaycanlı şagirdlər bu yolu təhlükəsiz keçə bilmirlər.

Məktəblilər yolda işıqfor və piyada keçidinin quraşdırılmasını tələb edirlər. Onların sözlərinə görə, məktəbdə təhsil prosesi başa çatan kimi hər şagird evə tələsir, ancaq əsas mərkəzi yolu keçə bilmirlər.

"Salam Platforması" Qardabani Bələdiyyəsini məktəb şagirdlərinin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb.

Düşünürük ki, Gürcüstan Təhsil Nazirliyi məktəblərdə təhsil və tədris problemlərinə, təhlükəsizlik qaydalarına ciddi əhəmiyyət verdiyinə görə, nazirlik, eləcə də Qardabani Bələdiyyəsi şagirdlərin tələbini tezliklə yerinə yetirəcək.

GAXA.ge