Gürcüstanda məktəblər tədrisə hazırlanır, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilir

Gürcüstanda məktəblər tədrisə hazırlanır, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilir. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın təhsil nazirinin müavini Yekaterina Dgebuadze bildirib. O, Gürcüstanın böyük şəhərlərindəki təhsil müəssisələrində təhsilin bərpası üçün bütün təhlükəsizlik qaydalarının hazırlandığını söyləyib. 

Nazir müavini bildirib ki, ölkədə məktəblərin təhlükəsizliyi üçün müvafiq qaydalar planlaşdırılıb.

"Bütün məktəblər Səhiyyə Nazirliyi və Milli Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən tövsiyə olunan lazımi mənbələrlə təchiz edilmişdir",- deyə Dgebuadze Birinci Kanala açıqlamasında bildirib.

Nazir müavininin sözlərinə görə, valideynlərə övladlarını məsafədən təhsilə buraxmaq seçimi verilib.

"Bunun üçün onlar məktəbə müraciət etməli və ya müvafiq veb saytında qeydiyyatdan keçməlidirlər",- deyə Dgebuadze açıqlayıb.

Onun sözlərinə görə, məktəblərdə təhlükəsizlik tədbirləri gündəlik olaraq izləniləcək.

Şagirdlər 1 fevraldan etibarən Batumi, Poti, Zugdidi, Qori və Telavi məktəblərində dərslərinə qayıdıblar. Tiflis, Rustavi və Kutaisiyə gəlincə, adı çəkilən şəhərlərdə təhsil müddətinin 1 mart tarixinə qədər yenilənməsi planlaşdırılıb. Ancaq səlahiyyətlilər şagirdlərin siniflərdə 15 fevralda təhsilə başlamaqlarına qərar veriblər.

GAXA.ge