Gürcüstan Dini İşlər üzrə Dövlət Agentliyinin ləğv edilməsi tələb edilib

Quria bölgəsinin Buknari kəndində baş verən hadisələrin ardından İnsan Hüquqları Təhsili və Monitorinq Mərkəzi (SMM) və bir neçə dini qruplar hökuməti Dini İşlər üzrə Dövlət Agentliyini ləğv etməyə çağırıb. GAXA-nın məlumatına görə, bu agentliyin ləğvi tələbi Çoxatauridəki Buknari kəndindəki xristian və müsəlman icmaları arasındakı qarşıdurmadan sonra səsləndirilib.

Hazırda xristian və müsəlman icmaları arasındakı qarşıdurma həll edilib və tərəflər barışıb, vəziyyət normallaşıb.

Dini İşlər üzrə Dövlət Agentliyi Gürcüstan hökuməti tərəfindən 2014-cü ildə yaradılıb. Yeni şöbə birbaşa Baş nazirə tabe idi. Yarandığı gündən bəri idarəyə Zaza Vaşakmadze rəhbərlik edir.

Bildirilib ki, bu illər ərzində agentlik qeyri-dominant dini icmalara, xüsusilə də müsəlman topluluqlar üzərində "nəzarət" qurduqlarına görə müxtəlif QHT-lər tərəfindən tənqid olunur.

GAXA.ge