Gürcüstanda vaksin vurulması 10 min nəfərə çatacaq

Gürcüstanda birinci mərhələdə kovid virusuna qarşı gətirilən vaksinin vurulması ilk mərhələdə 10 min nəfərə çatacaq. GAXA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Məlumata görə, söhbət iki mərhələli Pfizer virusu haqqında gedir.

Gürcüstan hökuməti peyvəndin ilk partiyasının 10 min nəfər üçün kifayət edəcəyi haqqında məlumat yayıb. İlk mərhələdə dərman həkimlərə vurulacaq.

Bundan əvvəl Qabunia Gürcüstanda ÜST-dən və digər ciddi tənzimləyici qurumlardan icazə almış vaksinlərin saxlanılması üçün hər cür şəraitin olduğunu qeyd etmişdi. Hal-hazırda bu peyvəndlər Pfizer, AstraZenca və Modernadır.

Gürcüstan vaksini ÜST-nin nəzarət etdiyi Kovacs platforması vasitəsi ilə alacaq.

Qabuniaya görə, Pfizer vaksini 2021-ci ilin birinci rübündə alınacaq. Gürcüstanın 2021-ci ilin birinci rübündə AstraZenca peyvəndi alması da mümkündür. Nazir müavinin sözlərinə görə, Gürcüstan Kovacsın irəli sürdüyü bütün şərtləri yerinə yetirdi və indi platformadan vaksin verilməsi üçün razılıq və dəqiq şərtlər əldə etmək qalır.

Nazir müavini artıq əhalinin yüzdə 20-si üçün peyvəndlərin sifariş verildiyini söyləyib, lakin onların çatdırılmasının mərhələli şəkildə həyata keçiriləcəyini qeyd edib. Vaksini ilk qəbul edən həkimlər olacaq, bu Kovacs platformasının tələbidir.

GAXA.ge