Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat verib.

Söhbət Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq, bölgədəki son hadisələr və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələlərinə toxunulub.

“Pandemiya ilə mübarizədə əməkdaşlıq və Türkiyənin Gürcüstana yardımı vurğulanıb. Baş nazirin sözlərinə görə, pandemiya üzərində qələbə yalnız birgə səylər nəticəsində mümkündür və bu prosesdə dostların və tərəfdaşların dəstəyi böyük əhəmiyyət kəsb edir.

Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri, bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsinin zəruriliyi müzakirə edilib. Baş nazir və Türkiyə səfiri, pandemiya səbəbi ilə müvəqqəti təxirə salınan Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını da müzakirə ediblər”.

Qiorqi Qaxaria iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişaf etdirilməsindəki şəxsi səylərinə görə diplomata təşəkkür edib və Gürcüstanın Türkiyənin ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyi xüsusilə qiymətləndirdiyini qeyd edib.

GAXA.ge