Gürcüstanın on şəhərində təhsil prosesi yenidən başlayır

Bu gündən etibarən Gürcüstanın on şəhərində təhsil prosesi distant üsulu ilə davam edəcək. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu gün, 18 yanvar tarixində şəhərlərdə: Tiflis, Kutaisi, Rustavi, Telavi, Zuqdidi, Zestafoni, Qori, Poti, Marneuli və Qardabani şəhərlərində tam elektron məsafədən təhsil modeli üzrə tədris prosesi başlayacaq. Acarıstan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələri də tədris prosesini distant üsulu ilə davam etdirəcəklər.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən verilən məlumata görə, ikinci semestrin siniflərdə davam etdiriləcəyi məktəblər, koronavirusun qarşısını almaq üçün nazirlik tibbi maskalar, uzaqdan, təmassız termometrlər, dezinfeksiyaedicilərlə tam təmin olunur.

GAXA.ge