İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının sədri seçilib

Bu gün ExpoGeorgia sərgi kompleksində “Gürcü Arzusu”nun qurultayında partiyanın icra katibi vəzifəsini tutan İrakli Kobaxidze qurultayın 400 nümayəndəsinin iştirakı ilə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsinə namizədliyi  yekdilliklə təsdiq edilib.

İrakli Kobaxidze göstərilən etimada görə komanda yoldaşlarına təşəkkür edib.

"Gürcü Arzusu" İvanişvili tərəfindən 2011-ci ilin dekabrında qurulub. İvanişvili partiyaya iki dəfə - 2015-ci ilə qədər və 2018-ci ilin iyun ayından sonra rəhbərlik edib. Bu gün partiyanın siyasi şurasında 12 üzv var. Kaxa Kaladze, Irakli Kobaxidze, İrakli Qaribaşvili, Dimitri Samxaradze, Qia Volski, Arçil Talakdze, Davit Saqanelidze, Maia Tskitişvili, Sozar Subari, Ilia Nakaşidze və Irakli Tripolski siyasi şuranın üzvləri olublar.

Partiyanın qurultayında siyasi şuranın tərkibi 21 üzv oldu və yeni seçilən partiya sədri İrakli Kobaxidze yeni siyasi şuranın üzvlərinin adını açıqladı və onlara fəaliyyətlərində uğurlar arzuladı.

GAXA.ge