Gürcüstanda peyvənd vurulma başlanılacaq

Gürcüstan vətəndaşlarına beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş peyvənd vurulmağa başlanılacaq. GAXA-nın məlumatına görə, bu barədə ölkənin baş naziri Qiorqi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Qurumlararası Koordinasiya Şurası peyvənd məsələlərini həll edəcək bir planı bazar ertəsi təsdiq edəcək.

Baş nazir bildirib ki, epidemiyanın nisbi sabitliyinə baxmayaraq, Gürcüstanda kifayət qədər çox sayda gündə 1500-ə qədər yoluxma var, bu səbəbdən də məhdudiyyətlər fevralın 1-dək davam edəcək.

Məhdudiyyətlərin tədricən yumşaldılması fevralın 1-dən başlayacaq və bu istiqamətdə görüləcək müvafiq tədbirlər hökumətdə müzakirə olunur.

GAXA.ge