Türkiyədə əhaliyə Çin peyvəndi vurulması başlayıb

Səhiyyə naziri Fahrettin Koca Türkiyədə COVID-19 virusuna qarşı peyvənd vurulmasına başlandığını bildirib. GAXA-nın məlumatına görə, nazir bu barədə "Reuters" agentliyinə söyləyib.

“Köhnə həyata qayıtmaq üçün bir peyvənd almalıyıq. "Peyvəndlər Türkiyənin 81 vilayətindəki dövlət səhiyyə müəssisələrinə paylanılıb",-  deyə nazir bildirib.

Ankara peyvəndi ilk mərhələdə həkimlər, eləcə də 65 yaşdan yuxarı insanlar, ardından 50 yaşdan yuxarı və xroniki xəstəliyi olan insanlara vurulmağı planlaşdırır.

Bu gün səhiyyə naziri Fehrettin Kocaya virus əleyhinə peyvənd vurulduğu bildirilib. Koronavirusla bağlı elmi şuranın üzvlərinə və həkimlərə də pevənd vurulub.

Türkiyə 3 milyon doza Sinovak Çin peyvəndi alıb və daha 50 milyon doza sifariş edib.

Qeyd edilib ki, Pfizer və BioNTech tərəfindən hazırlanmış bir peyvənd olan Rus Sputnik V peyvəndi ilə də danışıqlar aparır.

GAXA.ge