"Əfv haqqında" qanun qüvvəyə minib

Qəbul edilən Əfv qanunu 1,5 mindən çox məhkuma təsir edəcək, onlar bir ay ərzində mərhələli şəkildə sərbəst buraxılacaqlar. GAXA-nın məlumatına görə, məhkəmələrin hər birinin işlərinə baxması üçün vaxt ayrılıb.

"Əfv haqqında" qanun Gürcüstanın Qanunvericilik saytında dərc edildikdən sonra qüvvəyə minib.

 

Qeyd edək ki, bazar ertəsi günü Gürcüstan parlamenti 83 səslə 1,5 mindən çox məhkumun sərbəst buraxılmasını nəzərdə tutan "Əfv haqqında" yeni qanunu təsdiqləyib. Məlumata görə, qanunun tamamlanması bir ay çəkəcək. Bu müddət ərzində məhkəmələr əfv olunanların hər birinin işinə baxacaq.

Qanun layihəsinə görə, əfv 11 dekabr 2020-ci il tarixinədək cinayət törətmiş şəxslərə təsir edəcək.

GAXA.ge