Türkiyə "Deniz Bayraktar"ı yaratdı

Türkiyədə "Bayraktar" adlı insansız dəniz gəmisi yaradılıb. Gəminin əsas vəzifəsi Türkiyə sahillərini qorumaqdır. GAXA-nın məlumatına görə, bu barədə azerbaycan24.com saytı xəbər verib.

Gəminin sürəti təxminən 65 km / saatdır. Əməliyyat sahəsi 400 km-dir. Gecə-gündüz işləyə biləcək avadanlıqla təchiz edilib.

Gəmi kəşfiyyat tapşırıqlarını da yerinə yetirəcək. Xüsusi gəmi əleyhinə raket sistemləri ilə təchiz ediləcək.

İnsansız dəniz gəmisi təlimlərinin 2021-ci ilin martında keçirilməsi planlaşdırılır.

GAXA.ge