Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara işgəncə verən Ermənistan vətəndaşı həbs olunub

Gürcü mətbuatının məlumatına görə, Azərbaycan ərazisində Ermənistan vətəndaşı həbs olunub. GAXA-nın məlumatına görə, Bakı hərbi məhkəməsi Ermənistan vətəndaşı Lüdviq Mkrtçyana qarşı qabaqlayıcı tədbir seçilməsi barədə istintaqın təqdimatına baxıb. L.Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü maddəsi (“Tutulanlara və ya sərbəst hərəkəti məhdudlaşdırılmış şəxslərə fiziki ağrı və ya ruhi əzab vermək”) ilə ittiham olunur.

Birinci Qarabağ müharibəsi zamanı L.Mkrtçyan azərbaycanlılara erməni əsirliyində vəhşicəsinə işgəncə verib, bununla əlaqədar 2000-ci ildə Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi açılıb. 

27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başladıqdan sonra Azərbaycan əsgərləri Lüdviq Mkrtçyan da daxil olmaqla bir qrup erməni hərbçisini əsir götürdülər.

Lüdviq Mkrtçyan istintaq zamanı ilk Qarabağ müharibəsində əsir düşən azərbaycanlılara işgəncə verdiyini etiraf edib. Erməni əsirliyindən sağ çıxaraq qayıdan bir neçə azərbaycanlı qarşıdurmada Lüdviq Mkrtçyanı tanııb.

Azərbaycan Hərbi Prokurorluğu cinayət işinin istintaqını davam etdirir.

GAXA.ge