Qiorqi Qaxaria ilə SOCAR prezidenti Rövnəq Abdullayevin görüşü olub; müqavilə imzalanıb

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Azərbaycan Dövlət Neft Şirkəti "SOCAR" prezidenti Rövnəq Abdullayev ilə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə hökumət rəhbərliyi tərəfindən məlumat yayılıb. Bildirilib ki, tərəflər arasında görüşdən sonra Gürcüstana idxal olunan sosial qazın qiyməti optimallaşdırılıb.

Söhbət əsnasında Gürcüstan və Azərbaycan arasındakı mehriban qonşuluq münasibətləri və tərəfdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələrinə və gələcək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Gürcüstan korporasiyasının SOCAR ilə təbii qaz sahəsində uğurlu əməkdaşlıq etdiyi, bunun da bir nəticəsinin ölkədəki sosial qazın qiymətinin optimallaşdırılmasına dair razılaşma olduğu qeyd edilib.

Xüsusilə, Gürcüstan hökumətinin təlimatı ilə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Neft və Qaz Korporasiyası və "SOCAR" şirkəti ilə danışıqlarda, 200 milyon kubmetr endirimli tariflə sosial qaz alacaq. Görüş çərçivəsində 2016-cı ildən bəri qüvvədə olan Sosial Qaz Təchizatı Müqaviləsindəki dəyişiklik imzalanıb. İmzalanma sənədi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Neft və Qaz Korporasiyasının baş direktoru Qiorqi Baxtadze və SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib. İmzalanma razılaşması baş nazirlə bugünkü görüşdən sonra baş tutub.

Bu razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qaz qiymətinin sabitliyini daha uzun müddət qoruya biləcək.

Şahdəniz qazının Avropa bazarına tədarükünü nəzərdə tutan Cənub Qaz Dəhlizinin dördüncü mərhələsi başa çatdıqdan sonra daha çox Azərbaycan qazının Gürcüstan ərazisindən keçəcəyi vurğulanıb. Eyni zamanda, ölkə əhalinin tələbini ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətə ala biləcəkdir.

Baş nazirlə görüş və müqavilənin imzalanma mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, SOCAR ENERGY GEORGİA-nın baş direktoru Mahir Məmmədov, SOCAR İnvestisiya və Marketinqin prezidenti Elşad Nəsirov və SOCAR-ın investisiya direktoru Vaqif Əliyev iştirak ediblər.

 

GAXA.ge