Gürcüstanda təxminən 5000 tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda təxminən 5000 tibb işçisi koronavirusa yoluxub. GAXA-nın məlumatına görə, Səhiyyə nazirinin müavini Tamar Qabunia bu barədə jurnalistlərə açıqlama verib. 

O, eyni zamanda neçə həkimə yoluxduğunu öyrənmək üçün daha çox araşdırma aparıldığını söyləyib.

“Xəstəliyə yoluxmuş xəstələrin ümumi sayı arasında tibbi heyət 4500 ilə 5000 nəfər arasında dəyişir. Tibbi müəssisələrdə işləyən hər kəsi nəzərdə tuturam. Təəssüf ki, əksər hallarda tibb işçiləri evdə yoluxur. Bütün bunların dərindən araşdırılması planlaşdırılır və əgər bu araşdırma varsa, mütləq sizinlə məlumat paylaşacağıq. Epidemiyanın bütün dövründə tibb müəssisələrində tibb işçilərinə 100 min yoluxma halı təsdiqlənib”,- deyə Qabunia bildirib.

GAXA.ge