Prezident Salome Zurabişvili nənə olub

Gürcüstan prezidenti Salome Zurabişvilinin nəvəsi dünyaya gəlib. GAXA-nın məlumatına görə, bu barədə prezident instaqram səhifəsində bildirib.

Körpəyə Mariam (Ququşvili-Qorcestani) adı və soyadı qoyulub. Doğulan uşaq Prezidentin oğlu Teymuraz Qorcestaninin qızıdır.

Məlumat üçün bildirək ki, 68 yaşlı Salome Zurabişvilinin bir qızı, bir oğlu var.

GAXA.ge