Gürcüstanda 3 801 yeni koronavirus hadisəsi aşkar edilib

Gürcüstanda son 24 saat ərzində 3 801 yeni koronavirus hadisəsi aşkar olunub, o cümlədən 98781 xəstə sağalıb. GAXA-nın məlumatına görə, bu barədə hökumətin yaratdığı stopcov.ge xüsusi saytında bildirilib.

Son 24 saat ərzində 3200 xəstə sağalıb, son 24 saat ərzində 39 xəstə dünyasını dəyişib.

Gürcüstanda ümumilikdə 118.690 koronavirus hadisəsi aşkar edilib, bunlardan 98.781-i sağalıb,1.124 nəfər isə ölüb.

Məlumata görə, 2037 nəfər karantin rejimində, 3920 nəfər otellərdə, 6165 nəfər həkimlərin müşahidəsindədir.

Dünən Gürcüstanda 3071 yeni koronavirus hadisəsi aşkar edilib, 3.366 nəfər isə sağalıb.

GAXA.ge