Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamda Cümə məscidini də ziyarət ediblər

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, dövlət başçısı və xanımı səfər zamanı Ağdamın Cümə məscidini də ziyarət ediblər.  lham Əliyevlə Mehriban Əliyeva məscidə daxil olarkən ayaqqabılarını çıxardıblar. Dövlət başçısı ilə xanımı xalçaları sökülmüş, içərisi toz-torpaq olan məscidə ayaqyalın daxil olmaqla İslam dininə və tarixi dini abidələrə ehtiramını, hörmətini bir daha nümayiş etdiriblər.

Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant ölkədir və burada dini ayrıseçkilik edilmir, bütün dinlərə hörmətlə yanaşılır.

GAXA.ge