Gürcüstanda bir gündə 49 koronavirus xəstəsi ölüb

Hökumətin mətbuat xidməti xəbər verir ki, Gürcüstanda koronavirus infeksiyasından xəstələrin gündəlik ölümü ilə bağlı yeni bir anti-rekord təsdiq olunub. GAXA-nın məlumatına görə, ölkədə son gün 49 nəfər dünyasını dəyişib, ümumilikdə isə ölkə üzrə ölənlərin sayı 976 nəfəri təşkil edib. Məlumata görə, ötən gün ərzində ölkədə 4048 yeni koronavirus hadisəsi aşkar edilib ki, bu da pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Bildirilib ki, otellərdə təcriddə 3449 nəfər, həkimlərin nəzarəti altında 6189 nəfər, karantin rejimində 2159 nəfər var. Sağalanların sayı 85639 nəfər təşkil edir.

Ümumiyyətlə, ölkədə koronavirus infeksiyasından təsdiqlənən xəstələrin sayı 104732 nəfərdir. Yalnız Tiflisdə 1602 nəfər bu xəstəliyə düçar olub, 24 xəstə isə dünyasını dəyişib.

GAXA.ge