Ermənilər Kəlbəcərdə yaşamağa ümidlərinin itdiyini etiraf ediblər; sonda amerikalı jurnalist onlara “xoş getdiniz” deyib

Noyabrın 15-də Kəlbəcərdən köçəcək ermənilər guya havaların pis keçməsi ilə əlaqədar olaraq 10 gün müddət istəyiblər ki, yır-yığış etsinlər. Fəqət, onlar 30 ilədək yaşadığları Kəlbəcər torpağında yenə nə varsa, yenidən yandırmağa başlayıblar. Onlar noyabrın 25-də artıq Azərbaycanın nəzarətinə keçəcək Kəlbəcərdəki kiçik elektrik stansiyasını da yandırıblar.

Amerikalı videobloqer Patrik Lankaster Kəlbəcərdə erməni işğalçıların kiçik elektrik stansiyasını necə yandırdığını lentə alıb və iki ermənidən açıqlama alıb. Hər iki erməni sifətləri tüstüdən qaralmış halda jurnalistə bildiriblər ki, azərbaycanlılar bizdən nə istəyirlər. Maraqlıdır ki, həmin ermənilər sifətlərini kameradan gizlədiblər, amma sifətində təəccüb dolu ifadə ilə onları dinləyən amerikalı bloqerə həvəslə Kəlbəcərin “qədim erməni torpağı” olduğu haqda danışıblar.

Amerikalə jurnalist onların üzündə sevinc hissləri olmadığını görüb və soruşub ki, siz kimdənsə qorxursunuz?

Ermənilər guya heç kimdən qorxmadıqlarını bildiriblər və öz torpaqlarında 2 min il yaşadıqlarını deyiblər: “Azərbaycan bizdən nə istəyir? Bura qədim erməni torpaqlarıdır. 2 min ildir biz bu torpaqlarda yaşayırıq”,- onlardan biri deyib.

Belə yerdə bizim atalar sözümüz yerinə düşür: “Yalan ayaq tutar, amma yeriməz”. Deməli, Kəlbəcərdə müvəqqəti yaşadıqları evləri, hətta işıq dirəklərini, elektrik stansuyasını yandıran ermənilərin sabaha ümidləri yoxdur. Onlar etiraf ediblər ki, Kəlbəcərdə yaşamağa ümidləri itib.

Sözsüz ki, bu, belə də olmalı idi, çünki yaşadıqları yerdə elektrik stansiyasının mühərriklərini oğurlayan və qalan avadanlıqlara od vurub öz işığını söndürən ermənilər hansı ümidlə Kəlbəcərdə yaşaya bilərlər?

Qeyd edək ki, Kəlbəcərin işğaldan azad olunmasına cəmi dörd gün qalıb. Amerikalı bloqer reportajında sanki Kəlbəcərin işğalına çox az günlər qaldığına işarə edərək, onlarla sağollaşıb.

Azərbaycanlılarda belə bir məsəl var ki, evə qonaq-qara gələndə və gedəndə biz onlara “xoş getdiniz” deyirik, amma reportajda amerikalı jurnalist bizim yerimizə üzlərində sevinc hissləri olmayan ermənilərə “xoş getdiniz” deyib.

GAXA.ge