Rusiya nümayəndə heyəti İrəvana gəlib, sonra onlar Bakıya səfər edəcəklər

Bu gün səhər saatlarında Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Xarici İşlər naziri Sergey Lavrovun da təmsil olunuğu yüksək tərkibli nümayəndə heyəti İrəvana gəlib. GAXA-nın "Rusiya-1" televiziya kanalına istinadən məlumatına görə, Rusiya Baş Nazirinin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, eləcə də, Fövqəladə Hallar Naziri Yevgen Ziniçevin Ermənistana gəlişi gözlənilir.

Mətbuatda bildirilib ki, Rusiya rəsmi nümayəndənin Ermənistana səfərinin məqsədi 10 noyabr anlaşmasından irəli gələn vəzifələrin icrasında İrəvana dəstək verməkdir. 

Telekanal İrəvan görüşlərindən sonra Rusiyanın yüksək tərkibli nümayəndə heyətinin Bakıya səfər edəcəyini bildirib.

GAXA.ge