Hulusi Akar Türkiyə hərbçilərinin Azərbaycana gələcəyi vaxtı açıqlayıb

“Ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”. GAXA-nnın məlumatına görə, bu barədə KONKRET.az türk mətbuatına istinadən xəbər verib. Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib: "Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”.

Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını geri almaqla böyük bir uğura imza atdığını deyən H.Akar Qarabağla bağlı razılşamaya əsasən, Rusiya ilə görüşlər keçirdiklərini söyləyib:

“Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün nə lazımdırsa, onu etmişik və edəcəyik. Azərbaycanla bağlı məclisdə qanun layihəsi qəbul olundu. Hazırlıqlarımız tamamlandı”.

GAXA.ge