Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

“Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz.” GAXA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində söyləyib.

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizlənib, məsciddə Azan oxunub və Cümə namazı qılınıb.

GAXA.ge