ABŞ Dövlət Katibi Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan ABŞ Dövlət Katibi Mike Pompeo artıq Gürcüstan prezidenti və baş naziri ilə görüşüb. GAXA-nın məlumatına görə, qeyd etdiyimiz rəsmi şəxslərlə görüşdən sonra Pompeo Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İlya Həzrətləri ilə görüşməkdən məmnun qalıb. Dövlət Katibi Pompeo baş nazir Qiorqi Qaxaria ilə görüşündə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini təkrar edib.

"Görüş zamanı Dövlət katibi və II İlya Həzrətləri Gürcüstanın dünyadakı din azadlığının dəstəklənməsindəki mühüm rolunu müzakirə ediblər", - ABŞ səfirliyinin veb saytında qeyd edilib.

Patriarxlıqdan verilən məlumata görə, iclasın əvvəlində Bütün Gürcüstanın Katolikos-Patriarxı Dövlət Katibi Mike Pompeoya xeyir-dua verib, o da öz növbəsində Həzrətləri ilə görüşdən məmnun qaldığını və sevincini bildirib.

Bundan əlavə, Pompeo ilə qeyri-hökumət sektor nümayəndələri arasında görüş keçirilib.

Rəsmi görüşlərdən sonra Görüşdən sonra ABŞ Dövlət Katibi Mike Pompeonun İsrailə yola düşəcəyi bildirilib. 

GAXA.ge