Gürcüstanda əsas infeksion mütəxəssisi koronavirusa yoluxub

Gürcüstanın əsas infeksion mütəxəssisi, 72 yaşlı Tiflis Yoluxucu Xəstəliklər Klinikasının direktoru Tengiz Tsertsvadze koronavirusa yoluxub. GAXA-nın məlumatına görə, T. Tsertvadzedə aşkar olunan koronavirus artıq təsdiqlənib.

Bildirilib ki, klinika nümayəndələri onun səhhətinin qənaətbəxş olduğunu söyləyiblər.

“Yüngül simptomları var. Buna görə stasionar müalicəyə ehtiyac duymur və evdə müalicə olunur”,-deyə jurnalistlərə açıqlamada bildirilib.

Gürcüstan hökumətinin yaratdığı saytın məlumatına görə, son bir gündə ölkədə 3117 yeni koronavirus hadisəsi aşkar edilib, 3638 xəstə sağalıb, 45 nəfər ölüb. 

GAXA.ge