Türkiyə BMM Azərbaycana ordu göndərilməsini təsdiq edəcək

Türkiyə Böyük Millət Məclisi Azərbaycan üçün xüsus gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini sabah təsdiq edəcək.

GAXA-nın məlumatına görə, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Böyük Millət Məclisinə göndərilib.

Qanun layihəsində dost və qardaş ölkə olan Azərbaycanın işğal altındakı torpaqların azad edilməsi üçün apardığı mübarizəsinin illərdir davam etdiyi qeyd olunub.

Layihəyə əsasən,Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

GAXA.ge