Ermənilər Kəlbəcərdə ekologiyaya ziyan vurur, beynəlxalq konvensiyanı pozurlar

Kəlbəcərdən tezliklə köçən ermənilər qəbiristanlıqlarını qazır, ölülərinin sümüklərini də götürüb aradan çıxırlar. GAXA-nın rus mətbuatına istinadən məlumatına görə, onlar evlərindən götürdükləri əşyalarla bərabər çürümüş tabutları da yük maşınlarına yerləşdirir və həyətyanı sahələrdəki meyvə ağaclarını da kəsir, müvəqqəti yaşadıqları evlərə də benzin töküb od vururlar.

Kəlbəcərdən köçən ermənilər yol boyu sıralanmış meşələrdən ağacları kəsir və soyuq qış günlərində onlara lazım olacaq odun toplayıb minik və yük maşınlarına doldurur, apara bilmədikləri ev heyvanlarını da kəsib meşənin yamaclarına atırlar.

Qeyd edək ki, Kəlbəcər Azərbaycanın nəzarəti altındadır. Məlumata görə, ermənilərin əsrarəngiz təbiətə, mineral sulara, faydalı qazıntılara, təmiz havaya malik olan bu məkandan son çıxışı noyabrın 25-də baş tutacaq. Bu vandallar Kəlbəcər - Basarkeçər (Vardenis) yolu ilə Kəlbəcəri tərk edəcəklər.

Xatırladaq ki, Dağlıq Qarabağdan köçkün düşən azərbaycanlılar evlərindən heç nə götürməmişdilər. Onlara dədə-baba ocaqlarını tərk etməyə 10 saat vaxt verilmişdi. Sonda qarda, soyuqda evlərindən köçgün düşən insanlar soyuq hava şəraitində piyada olaraq, ev əşyalarını götürmədən evlərini tərk etmişdilər.

GAXA.ge