Gürcüstanda daha 34 xəstə koronavirusdan ölüb

Gürcüstanda son 24 saat ərzində 34 nəfər koronavirusdan ölüb. GAXA-nın məlumatına görə, bu barədə Qurumlararası Koordinasiya Şurasının nəzdindəki əməliyyat qərargahı tərəfindən məlumat yayılıb.

“Təəssüf ki, son 24 saat ərzində 34 nəfər ölüb, bunlardan 18-i Tiflisdə, 8-i Acariyada, 6-sı İmereti, 1-i Kvemo Kartlidə və 1-i Kaxetidə dünyasını dəyişib. 26 Fevral 2020-ci ildən bu günə qədər Gürcüstanda 703 nəfər koronavirusdan  ölüb”,- deyə, koordinasiya şurasının nəzdindəki əməliyyat qərargahı tərəfindən yayımlanan məlumatda qeyd edilib.

GAXA.ge