Kəlbəcər, Laçın və Ağdamdan çıxan ermənilər bir daha bu bölgədə yaşamayacaqlarını bildiriblər

44 gün davam edən İkinci Qarabağ Müharibəsində məğlubiyyəti qəbul edən Ermənistan 10 noyabrda imzaladağı razılaşmaya əsasən, Kəlbəcər, Laçın və Ağdamda yaşamış erməni əhalisi artıq bölgədən çıxmağa başlayıblar. GAXA-nın dünya mətbuatına istinadən məlumatına görə, tezliklə Kəlbəcər, Laçın və Ağdamdan göçəcək ermənilər tələm- tələsik müvəqqəti yaşadıqları evləri sökür və əllərinə nə gəldisə, hətta evlərin şiferlərini, taxtalarını, tualetdəki unitazları belə yük və minik maşınlarına doldurur və Ermənistan tərəfə sürət alırlar. Onlar kəndlərdə talançılıq, yağmalama və yanğınlar törətməklə Azərbaycan torpaqlarını tərk edirlər. Ən çox talançılıq isə sabah təslim ediləcək Kəlbəcər rayonunda baş verir. Daşıya biləcəkləri əşyaları maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırırlar.

Onların bu hərəkəti dünya mətbuatının da diqqətini çəkib. Qərb, Rusiya və Türkiyə KİV-ləri bölgə sakinlərinin bu addımını fotolarla birgə işıqlandırıblar. 

Qeyd olunub ki, onlar mağaza, idarə binalarını yararsız hala salırlar və eyni mənzərə Kəlbəcərdən sonra Laçınla Ağdamı da gözləyir. Bu bölgədə yaşamaq həvəsini birdəfəlik itirən ermənilər vandallıq hərəkətlərindən yenə də əl çəkməyərək, əlləri ilə tikdikləri tikililəri sökür və bəyan edirlər ki, onlar bir daha Kəlbəcər, Laçın və Ağdamda yaşamayacaqlar. Onlar bilirlər ki, Ermənistanda yaşamaq üçün köçsələr də onlara yaşayış üçün evləri heç kim tikməyəcək.

Fotolardan ermənilərin evlərin dam örtüklərini, soyuq qış ayları üçün meşələrdən topladıqları odun parçalarını, məişət əşyalarını özləri ilə apardıqları əks olunub.

Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsini işğal edən ermənilər artıq ikinci dəfədir ki, Azərbaycan torpaqlarında tikilmiş evləri söküb daşıyır, od

vururlar. Mətbuatın açıqlamasına görə, onlar bilirlər ki, bir daha yaşamaq üçün bu bölgələrə qayıtmayacaqlar.

GAXA.ge