Rusiya və Türkiyə arasında Qarabağ müzakirəsi sabah davam edəcək

Bu gün Rusiya və Türkiyənin hərbi heyətləri Ankarada Dağlıq Qarabağı müzakirə ediblər. GAXA-nın məlumatına görə, müzakirə barədə Türkiyənin Milli Müdafiə Nazirlirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə və Rusiya hərbi heyətlərinin Milli Müdafiə Nazirliyində keçirilən texniki danışıqlarının bugünkü hissəsi başa çatıb. Bildirilib ki, danışıqlar sabah davam edəcək.

GAXA.ge