Gürcüstan İrəvan və Bakının istəyi ilə Rusiya sülhməramlıları üçün hava dəhlizini açıb

rmənistan və Azərbaycanın istəyi ilə Gürcüstan Rusiya sülhməramlıları üçün hava dəhlizi açıb. GAXA-nın məlumatına görə, Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze “Exo Kavkaza” saytına bildirib.

“Gürcüstanın sülhməramlı kontingentinin maddi-texniki (dəstək) məsələsində iştirakına gəlincə, bu müddətdə qərar ölkənin milli maraqları nəzərə alınaraq, sülhməramlı konfiqurasiya əsasında qəbul edilir. Bu mərhələdə, məsələnin aktuallığına və sülhün bərqərar olması üçün məhdud müddətə əsaslanaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfinin istəyi ilə, Rusiya sülhməramlı kontingentinin bir hissəsi istisna olaraq, əvvəlcədən razılaşdırılmış və məhdud müddətdə Gürcüstanın hava məkanı ilə qarşıdurma zonasına aparılacaq. Bu barədə tərəfdaşlarımıza məlumat verilib”,- deyə Abaşidze bildirib.

O, Gürcüstan tərəfinin Qarabağdakı müharibəyə son qoymaq barədə razılaşmanı artıq şərh etdiyini xatırladıb və sənədin münaqişələrin nizamlanması prosesinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Bundan əvvəl sosial media istifadəçiləri Gürcüstanın Ermənistana gedən Rusiya hərbi nəqliyyat təyyarələri üçün hava məkanını açdığını bildirmişdilər.

GAXA.ge