Rus şirkəti Kəlbəcərdə 112 ton qızılı itirmək istəmir

Qarabağdakı 112 ton qızıl ehtiyatının 99%-nə nəzarət edən Rusiya şirkəti bu sərvəti itirməmək üçün hərəkətə keçib. GAXA-nın məlumatına görə, bu barədə KONKRET.az  Yeni Şafak-a istinadən xəbər verir ki,  Azərbaycanla Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən sonra şirkət təhlükəsizlik səbəbi ilə mədənlərdə istehsalı dayandırdığını bildirsə də son məlumatlara görə, mineral yataqları ilə zəngin bölgədəki milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkmək fikrində deyil.

Xüsusilə də, Kəlbəcərdəki qızıl yataqlarını istismar edən şirkət külli miqdarda silah və muzdlu toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışır.

Bildirək ki, “GeoProMining Gold” Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir.

Xatırladaq ki, bölgədə qızıl, mis, sink və dəmir kimi qiymətli metalların 150-dən çox yatağı var. Bu yataqlardan qanunsuz olaraq əldə edilən məhsulların bir çox ölkəyə ixrac edildiyi məlumdur.

GAXA.ge