Zəngilanda şanlı Azərbaycan bayrağı dalğalanır

İşğaldan azad olunan digər Azərbaycan torpaqları kimi bu gün bir neçə rayon da daxil olmaqla 24 kənd azad olunub və Zəngilan rayonunun 6 kəndi də işğaldan azad olunub. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib. Ali Baş Komandan elan edib ki, bu gün Zəngilan şəhəri də azad edilib.

Hazırda Zəngilan şəhərində olan Azərbaycan hərbçiləri Azərbaycan Prezidentinə məruzə ediblər. Məruzə video ilə yayımlanıb.

Məruzədə deyilib:

“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

GAXA.ge