NATO-da Qarabağ müzakirə edildi: "Erməni qoşunları Qarabağdan çıxmalıdır"

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. GAXA-nın KONKRET.az saytına istinadən məlumatına görə, bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksandrs Kirşteyns qurumun veb-seminarında bəyan edib. O, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb: “Bu sammitdə iştirak edən və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisində olduğu müddətdə münaqişənin həll oluna bilməyəcəyini açıq şəkildə söyləyən Azərbaycan təmsilçisini tam dəstəkləyirəm. Əsas odur ki, bütün bunlar Azərbaycan ərazisində baş verir”.

NATO-da təmsil olunan millət vəkili daha sonra bildirib:

“Erməni silahlı birləşmələri oradan çıxmalıdır. Hətta müəyyən ediləcək cədvələ görə. Əks təqdirdə, Ermənistanın mövqeyi heç bir nəticəyə gətirib çıxarmayacaq. Bu, Azərbaycan təmsilçisinin baxış nöqtəsidir və Latviya tərəfinin NATO-dakı mövqeyi buna zidd deyil. Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.

GAXA. ge