Türkiyə səfiri: “Türkiyə Cənubi Qafqazda daimi sülh istəyir”

“Gürcüstanın Qarabağ münaqişəsi ilə bağlı düzgün mövqeyi var”. GAXA-nın məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan “Kviris Palitra” (“Həftə Palitrası”) qəzetinə eksklüziv müsahibəsində Qarabağ problemi ilə bağlı Gürcüstanın düzgün mövqeyə sahib olduğunu söyləyib.

Onun sözlərinə görə, "Gürcüstanda vəziyyət kifayət qədər mürəkkəbdir, ancaq sizin mövqeyiniz çox vacibdir."

Gürcüstanla əla əlaqələrimiz var, çünki Türkiyə Gürcüstanın sərhədlərini təyin etdiyi tək qonşu ölkədir. Aramızda belə bir problem yoxdur. Gürcüstanda ermənilər və azərbaycanlılar birlikdə yaşayırlar, ümumi yaşayış yerləri var və birlikdə yaşamaq mədəniyyəti bizim üçün vacibdir. Təəssüf ki, üçüncü tərəflərin Türkiyə-Gürcüstan münasibətləri ilə bağlı atdıqları yalan və təhrif olunmuş təbliğatı var. Əsas odur ki, bu təbliğata fikir verməyək. Məsələn, Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan bildirib ki, Ermənistan  Gürcüstan üçün Türkiyənin Gürcüstanı işğal etməyəcəyinə qarantdır. Bunlar öhdəsindən gəlməli olduğumuz faktlardır. Gürcüstan bu cür təbliğata müqavimət göstərməlidir”,- deyə Fatma Ceren Yazgan bildirib.

Səfir müsahibəsində qeyd edib ki, Türkiyə Cənubi Qafqazda daimi sülh istəyir və Qarabağ münaqişəsinə qarışmaq niyyətində deyil.

“Ermənilər və gürcülər Gürcüstanda da yaşayırlar və biz burada da bir növ bir-birini təhrik etmək siyasətini gördük. Türkiyəyə görə, bu çox təhlükəlidir. Bir şey var ki, müharibə hüquqşünaslığına uyğun olaraq aparılır və başqa bir şey müharibənin sülh yolu ilə sona çatma perspektivinin qarşısını almaq üçün cəmiyyəti radikallaşdırmaq üçün istifadə edilir. Biz hamını xəbərdar etdik. Gürcüstan rəhbərliyini bu istiqamətdə atılan addımlar münasibətilə təbrik etmək istəyirəm. İndiyə qədər vəziyyəti yaxşı tuturlar, amma xoşagəlməz faktlar ortaya çıxdı. Təəssüf ki, Ermənistanın siyasəti üçüncü bir tərəfin nifaq salmaq cəhdlərinə yol açır”,-deyə səfir vurğulayıb.

Mesajım budur: Türkiyə Azərbaycan üçün qardaş bir ölkədir. Ortaq bir dil bağlantımız var, siyasətimiz də obyektiv və qərəzsizdir. Bir daha təkrar edəcəm - bölgədə daimi sülhə ehtiyacımız var. “Biz” dedikdə təkcə Türkiyəni deyil, Gürcüstanı, Azərbaycanı və Ermənistanı da nəzərdə tuturam”,- deyə Fatma Ceren Yazgan müsahibəsində vurğulayıb.

GAXA.geSiya