Gürcüstanda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

Bu gün oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. GAXA-nın məlumatına görə, Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev və səfirlik rəsmiləri Ümummilli lider Heydər Əliyevin Gürcüstan paytaxtında və Rustavi şəhərlərində Ulu öndərin abidəsini ziyarət edərək abidə önünə əklil və gül-çiçək dəstələri qoyublar və Heydər Əliyevi hörmət və ehtiramla yad ediblər.

Xatırladaq ki, Azərbaycanın Dövlət Müstəqilliyinin qeyd olunmasından 19 il keçir.

29 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu tarixi sənəd qəbul edildi.

GAXA.ge