Gürcüstanın şərqində zəlzələ baş verib

Zəlzələnin episentri Tiflisdən 23 kilometr aralıda, Şida Kartli bölgəsində 18 kilometr dərinlikdə yerləşib. GAXA-nın məlumatına görə, Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin verdiyi məlumatda bildirilib ki, Gürcüstanın şərqindəki Şida Kartli bölgəsində 3.3 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Tetritskaro şəhərindən üç kilometr (Tiflisdən 23 kilometr) 19: 20-də qeydə alınıb. Zəlzələnin episentri 18 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, Gürcüstan orta seysmik aktivlik ölkəsidir. Gürcüstanda qeydə alınan 7 bal gücündə ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Zəlzələnin mərkəzindəki intensivlik 9 bal olub. Bu zəlzələdə təxminən 200 nəfər dünyasını dəyişib və təxminən 46.000 ev və 1000 sənaye obyekti dağılıb.

GAXA.ge