Gürcüstanda dörd xəstə koronavirüsdan ölüb

Son 24 saat ərzində Gürcüstanda dörd xəstə koronavirüsdan dünyasını dəyişib. GAXA-nın məlumatına görə, bu barədə məlumat stopcov.ge xüsusi hökumət saytında yerləşdirilib.

Bildirilib ki, Gürcüstanda koronavirusdan ölənlərin sayı 113 nəfər olub.

Məlumatda qeyd edilib ki, bu gün 919 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib. Hazırda Gürcüstanda 14.440 koronavirus hadisəsi təsdiqlənib. Bu koronavirus hadisəsindən 366 nəfəri Tiflisdə aşkar olunub.

GAXA.ge