Gürcüstanda 919 yeni koronavirus hadisəsi aşkar edilib

Gürcüstanda 919 yeni koronavirus hadisəsi aşkar edilib. GAXA-nın məlumatına görə, bu barədə xəbər stopcov.ge xüsusi hökumət saytında yerləşdirilib.

Bildirilib ki, bu vaxta qədər Gürcüstanda 14.440 koronavirus hadisəsi təsdiqlənib. Digər 208 xəstə sağalıb, sağalanların ümumi sayı 7367 nəfərdir.

Ölkədə daha 4 xəstə koronavirusdan ölüb, ümumi ölüm sayı 113 nəfərdir.

5.792 vətəndaş karantin rejimində, 836 nəfər həkim nəzarəti altında xəstəxanalardadır. Otellərdə təcriddə olan insanların sayı 1042 nəfərdir.

Bundan əlavə, 41 Gürcüstan vətəndaşı xaricdən müalicə üçün gətirilib.

Xatırladaq ki, dünən Gürcüstanda 680 yeni koronavirus hadisəsi aşkar edilib.

GAXA.ge