Azərbaycanın Gürcüstandakı səfirliyi Davit Qareci işi ilə bağlı açıqlama verib

Azərbaycanın Gürcüstandakı səfirliyi David Qareci işi ilə bağlı mövqeyini bildirib və məsələyə münasibət bildirməyi səhv hesab etdiyini qeyd edib. GAXA-nın məlumatına görə, bu barədə Pia.ge saytında dərc olunan xəbərdə məlumat verilib.

“Azərbaycan tərəfi özünü başqa bir ölkədə davam edən məhkəmə prosesi ilə bağlı şərh verməyə borclu hesab etmir. Bu səhv olacaq”,- deyə Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bairamov mətbuat konfransında bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələr Departamentinin Sərhəd Əlaqələri Xidmətinin rəisi İveri Melaşvili və Gürcüstan Daxili İşlər Nazirliyinin Torpaq Sərhədlərini Mühafizə İdarəsinin baş müfəttişi Natalya İliçova Gürcüstan ərazilərinin bir hissəsinin xarici ölkəyə verilməsi əməliyyatı keçirildiyi üçün saxlanılıb.

Saxlanılan rəsmilərin barəsində həbs qətimkan tədbiri seçilib.

İş Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutan 308-ci maddəsinin birinci hissəsi ilə araşdırılır.

GAXA.ge