SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi Mahir Məmmədov şəhid nənəsinin əlindən öpüb

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi Mahir Məmmədov Qaşağanda olub. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, Borçalı övladı, Qarapapaq türkü, Qaçağan oğlu Orxan Məhərrəmovun hüzr yerində iştirak edib.

Bu günlərdə Azərbaycanda düşmən hücumlarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Orxan Məhərrəmov öz doğma Qaçağan kəndində torpağa tapşırılıb.

Qəhrəmanımızın hüzr yerində Mahir Məmmədovla birlikdə Türkiyə və Azərbaycan səfirləri, səfirlik əməkdaşları da iştirak edib. Əslən Qaçağandan olan, ictimaiyyət fəalı Daşqın Gülməmmədov Mahir Məmmədovun şəhid əsgərimizin torpağa tapşırıldığı mərasimində şəhidimizin nənəsinin əlindən öpüb və şəhid əsgərimizə allah rəhmət eləsin deyib.

Daşqın Gülməmmədov Facebookda yazıb: “Mən də hüzr yerində idim. SOKAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi Mahir Məmmədov şəhid nənəsinin qarşısında baş əyib və onun əlini öpüb. Mahir müəllimin gözləri yaşarmışdı, qəhərlənmişdi. Vətən sağ olsun!”

Şəhidimiz Məhərrəmov Orxan Binnət oğlu 8 oktyabr 2020-ci ildə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Məhərrəmov Orxan əslən Borçalının Qaçağan kəndindəndir.

10 oktyabr 2020-cil il, saat 12.30- dan başlayaraq Gürcüstan, Marneuli rayonu Qaçağan kəndində, şəhid Orxan Məhərrəmova yas və anım mərasimi keçirilib.

Allah şəhidimizə rəhmət eləsin! Torpağı yüngül olsun! Məkanı cənnət olsun! Son qəmimiz olsun!

GAXA.ge