Tiflisdə Milli Musiqi Gününə həsr edilən tədbir keçirilib

Tiflisdəki Nəriman Nərimanov muzeyində şərqdə ilk opera yaradıcısı, Azərbaycanın dahi bəstəkarı, alim, yazıçı, publisist, ictimai- siyasi xadim Üzeyir Hacıbəylinin 135 illik yubileyinə həsr edilən Azərbaycan Milli Musiqi Günü ilə bağlı tədbir keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə gənc musiqiçilər Ü. Hacıbəyovun bəstələdiyi mahnılara müraciət edərək, canlı ifa edilən musiqiləri tədbirdə iştirak edən Tiflis sakinlərinə təqdim ediblər. Tədbirdə həmçinin, istedadlı aşıq Nargilə Mehdiyeva aşıq mahnılarını ifa edib, gənc rəqqasə Nailə Paşayeva və rəqqas Niyaz Paşayev Azərbaycan rəqslərini məharətlə nümayiş etdiriblər.

Tədbirdə görkəmli bəstəkarın əsərlərindən götürülmüş fotoların sərgisi də nümayiş edilib.

GAXA.ge