Gürcüstanda 1412 nəfər koronavirusdan sağalıb

Gürcüstanda 2758 koronavirus hadisəsi təsdiqlənib və 1412 nəfər koronavirusdan sağalıb. GAXA-nın məlumatına görə, bu barədə hökumətin yaratdığı stopcov.ge xüsusi saytında məlumat verilib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi-GAXA.ge saytı hökumətin stopcov.ge xüsusi saytına istinadən xəbər verir ki, Gürcüstanda yeni koronavirusa yoluxanların sayı son bir gündə 196 artaraq 2758-ə, sağalanların sayı 31 nəfər olub.

Bildirilib ki, karantində 6633 nəfər, həkimlərin nəzarəti altında 836 nəfər var. Xaricdə isə koronavirus xəstəliyinə yoluxan və müalicə üçün 41 nəfər ölkəyə gətirilib.

Qeyd edək ki, koronavirusdan 19 nəfər dünyasını dəyişib.

GAXA.ge